Bank Of Baku

ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini: “İran beynəlxalq etimadı qazanmaq istədiyini əməldə sübut etməlidir”

ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini: “İran beynəlxalq etimadı qazanmaq istədiyini əməldə sübut etməlidir”
# 13 aprel 2012 23:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın “altılıq ölkələri ilə keçiriləcək müzakirələrə ciddi yanaşmasını istəyirik”. APA-nın məlumatına görə, bunu ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rods jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Tehranın nüvə proqramı ilə bağlı bəzi fəaliyyəti beynəlxalq qanunları zidd bir təsəvvür yaradır: “Ona görə də istəyirik ki, müzakirələrdə İran tərəfi beynəlxalq ictimaiyyətin etimadını necə bərpa edə biləcəyini desin. Lakin təkrar etməliyəm ki, bunu İran hökuməti sadəcə sözlə deyil, əməli fəaliyyəti ilə göstərməlidir”. B. Rods əlavə edib ki, İranla “altılıq” ölkələri arasında İstanbul şəhərində keçiriləcək müzakirələr uğurlu alınarsa, ikinci görüş haqqında söhbət etmək olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR