Bank Of Baku

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları gücləndirmək niyyətindədir

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları gücləndirmək niyyətindədir
# 17 aprel 2012 04:51 (UTC +04:00)
Bakı-APA. ABŞ Dövlət departamentinin nümayəndəsi Mark Toner ölkəsinin Şimali Koreyaya qarşı sanksiyaları gücləndirmək məsələsini nəzərdən keçirdiyini bildirib.

«Şimali Koreyanın son hərəkətlərinin fonunda biz ikitərəfli və çoxtərəfli səviyyədə sanksiyaları gücləndirmək məsələsinə baxırıq», deyə Toner bildirib.

O həmçinin Şimali Koreyanı gələcək təxribatlardan çəkinməyə çağırıb.

Xatırladaq ki, aprelin 13-də Şimali Koreya «Inxa-3» ballistik raketinin uğursuz buraxılışını həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR