Bank Of Baku

BMT Baş katibi Sudan və Cənubi Sudanı danışıqlar aparmağa çağırıb

BMT Baş katibi Sudan və Cənubi Sudanı danışıqlar aparmağa çağırıb
# 21 aprel 2012 03:46 (UTC +04:00)
Bakı-APA. BMT Baş katibi Pan Gi Mun Sudan və Cənubi Sudan hakimiyyətlərini iki dövlət arasındakı münaqişəni həll etmək üçün danışıqlar aparmağa çağırıb. Bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

«Baş katib həmçinin hər iki ölkənin hökumətlərini sərhədyanı rayonlarda təhlükəsizliyi təmin etmək üçün birgə demarkasiya və sərhəd monitorinqi mexanizmini işə salmağa çağırıb», deyə məlumatda bildirilir.

Ötən həftə Cənubi Sudan hərbi birləşmələri Sudanın Kordofan əyalətinə hücum ediblər. Hücumdan sonra Sudan cənubdakı qonşusunu təcavüzdə ittiham edib.

Sudan prezidenti Ömər əl-Bəşir isə bu ölkənin ordusunun Cənubi Sudanın hərbi birləşmələrinə qalib gəldiyini bəyan edib.

«Biz onlara möhkəm zərbə endirmişik, onlar qaçırlar və geri çəkilirlər», deyə dövlət başçısı bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR