ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
23 aprel 2012 20:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ İranda insan haqlarının pozulmasında hakimiyyətə internet və digər informasiya texnologiyaları vasitəsilə yardım edən şəxslərə və şirkətlərə sanksiyalar tətbiq edib. APA-nın məlumatına görə, bu barədə ABŞ prezidenti Barak Obama açıqlama verib. O bildirib ki, yeni sanksiyalar insanlığa qarşı və hərbi cinayətkarlıqla mübarizə məqsədilə qəbul olunub: “Sanksiyaya məruz qalanlar ABŞ-a səfər edə bilməyəcəklər. Həmçinin onların bank hesabları dondurulacaq, ABŞ şirkətləri ilə əməkdaşlıq etmək qadağan olunacaq”. Hələlik sanksiyaya məruz şirkətlərin və şəxslərin adları açıqlanmayıb.
Amerika
Makron Rusiya ərazisinə cavab zərbələri endirmək üçün fransız silahlarından istifadəni istisna etməyib
01:29
7 iyun 2024
ABŞ xarici təsir qanununa görə Gürcüstanın hökumət üzvlərinə və bir sıra vətəndaşlara sanksiyalar tətbiq edib - YENİLƏNİB
22:52
6 iyun 2024
ABŞ səfiri: Türkiyəyə yeni F-16-ların satışında irəliyə doğru böyük addım atılıb
13:55
6 iyun 2024
Nyu-York polisi Donald Trampın silah daşıma icazəsini ləğv etməyə hazırlaşır
06:29
6 iyun 2024