Bank Of Baku

Dominikan Respublikasında vəba 7 nəfərin ölümünə səbəb olub

Dominikan Respublikasında vəba 7 nəfərin ölümünə səbəb olub
# 24 aprel 2012 00:51 (UTC +04:00)
Bakı-APA. Dominikan Respublikasında son bir həftə ərzində vəba epidemiyasından 7 nəfər ölüb. Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Dominikan Respublikası səhiyyə nazirinin müavini Yadira Peresin sözlərinə görə, Tamboril şəhərində ishal və qusmadan şikayətlə 523 nəfər həkimə müraciət edib. 43 nəfərdə vəba diaqnozu təsdiq olunub. Onlardan 7 nəfəri keçinib.

Rəsmilərin fikrincə, xəstəlik kanalizasiya borusunun sıradan çıxmasından sonra bulanmış sudan istifadə nəticəsində yayılıb. Son günlər yağan şiddətli yağış və daşqınlar vəziyyəti daha da mürəkkəbləşdiriblər. Hazırda qəza aradan qaldırılıb, bütün içməli su dezinfeksiya olunur.

2010-cu ildə Dominikan Respublikasında vəbadan 150 nəfər ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR