Bank Of Baku

ABŞ qoşunları 2014-cü ildən sonra da Əfqanıstanda qalacaqlar

ABŞ qoşunları 2014-cü ildən sonra da Əfqanıstanda qalacaqlar
# 24 aprel 2012 03:58 (UTC +04:00)
Bakı-APA. ABŞ qoşunları 2014-cü ildən sonra da Əfqanıstanda qalacaqlar. Pentaqon rəhbəri Leon Panetta bu barədə bəyan edib.

«Biz Əfqanıstanda uzun müddət hərbi baxımdan mövcud olacağıq. Əfqanıstanla imzaladığımız strateji tərəfdaşlıq haqqında sazişə görə qoşunlarımız 2014-cü ildən sonra da bu ölkədə qalacaqlar», deyə nazir bildirib.

Onun sözlərinə görə, ABŞ, onun müttəfiqləri və əfqan hökuməti 2014-cü ildən sonrakı hərbi mövcudiyyətin xarakteri və miqyasını hələ müəyyən etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR