Bank Of Baku

ABŞ-ın Konnektikut ştatında ölüm cəzası ləğv olunub

ABŞ-ın Konnektikut ştatında ölüm cəzası ləğv olunub
# 27 aprel 2012 01:17 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Konnektikut ştatının qubernatoru Dannel Malloy edam cəzasının ləğvi barədə qanun imzalayıb.

APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Malloy bu qanunu ştat paytaxtı Hartfordda xüsusi mərasimdə imzalayıb.

“Mən Nyu York şəhərində gənc dövlət ittihamçısı kimi əmək fəaliyyətinə başladığım gündən bu məsələ üzərində çalışıram. Anlayıram ki, hüquq sistemi qüsurludur və dövlətin insan həyatını almaq işinə qarışması düzgün deyil”, deyə qubernator bildirib.

Malloy deyib ki, ölüm cəzasının ləğvi o deməkdir ki, günahsız adam nə vaxtsa nahaq yerə həyatını itirməyəcək.

Bu ayın əvvəlində Konnektikut qanunverici orqanında qəbul edilən qanun edam cəzasını ömürlük cəza ilə əvəzləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR