Bank Of Baku

Kolumbiya Barak Obamanın mühafizəçiləri ilə bağlı qalmaqala görə ABŞ-dan üzrxahlıq gözləyir

Kolumbiya Barak Obamanın mühafizəçiləri ilə bağlı qalmaqala görə ABŞ-dan üzrxahlıq gözləyir
# 27 aprel 2012 03:25 (UTC +04:00)
Bakı-APA. ABŞ Məxfi Xidmətinin əməkdaşlarının prezident Barak Obamanın Kolumbiyada mühafizəsini təşkil edərkən fahişə xidmətindən istifadə etməsi ilə bağlı Kartaxena de İndias şəhərinin imicinə vurduğu ziyana görə Kolumbiya hökuməti ABŞ-ın üzr istəməsini tələb edib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Kolumbiyanın ABŞ-dakı səfiri Qabriel Silva deyib.

Xatırladaq ki, ABŞ mətbuatının yaydığı məlumata görə, prezident Obamanın Kolumbiyaya səfəri ərəfəsində Amerika nümayəndə heyətinin qaldığı mehmanxanada mühafizəçilərlə Pentaqon əməkdaşlarını 20-dək sifarişlə işləyən qadın əyləndirib.
Bu qalmaqalla bağlı xidmətin 6 əməkdaşı istefaya göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR