Bank Of Baku

Dövlət departamenti: ABŞ İrana uranı 5%-dən zənginləşdirməyə icazə verməyib

Dövlət departamenti: ABŞ İrana uranı 5%-dən zənginləşdirməyə icazə verməyib
# 30 aprel 2012 23:54 (UTC +04:00)
Bakı-APA. ABŞ Dövlət departamenti mətbuatda getmiş Vaşinqtonun İrana müəyyən şərtlərlə uranı 5%-dək zənginləşdirməyə icazə verdiyi barədə məlumatı təkzib edib.

Los Angeles Times qəzeti 2-3 gün əvvəl Tehranın nüvə obyektlərinin təftişinə və onların istismarına nəzarətə icazə verəcəyi halda ABŞ-ın müəyyən güzəştlərə gedəcəyini yazmışdı.

«Mən bu məlumatın haradan götürüldüyünü bilmirəm. Bəlkə də o gördüyüm uğursuz bir məqalədən götürülüb... Mən deyərdim ki, bizim mövqeyimiz dəyişməz qalır. Biz istəyirik ki, İran beynəlxalq öhdəliklərə əməl etsin, o cümlədən BMT-nin bir neçə qətnaməsinin tələb etdiyi kimi uranın zənginləşdirilməsini dayandırsın», deyə ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bildirib.

O qeyd edib ki, İranla münasibətlərin istənilən detalı «altılıq»la danışıqlar zamanı müzakirə olunacaq.

2010-cu ilin fevralında İran uranın 20%-dək zənginləşdirilməsinə başlayıb. Ekspertlərin fikrincə, nüvə silahının hazırlanması üçün uran 90%-dək zənginləşdirilməlidir.

Beynəlxalq vasitəçilər qrupu - «altılıq» (Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa) 2003-cü ildən etibarən MAQATE ilə birlikdə İrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR