Bank Of Baku

«Uoll Striti zəbt et» hərəkatı ABŞ-ın bir necə şəhərində kütləvi etiraz aksiyaları keçirib

«Uoll Striti zəbt et» hərəkatı ABŞ-ın bir necə şəhərində kütləvi etiraz aksiyaları keçirib
# 02 may 2012 02:31 (UTC +04:00)
Bakı – APA. ABŞ-da fəaliyyət göstərən «Uoll Striti zəbt et» hərəkatı ABŞ-ın bir necə şəhərində kütləvi etiraz aksiyaları keçirib və əhalini tətillərə çağırıb.
APA-nın verdiyi xəbərə görə, Nyu-Yorkda etirazçılar ABŞ-ın ən iri bankı olan “Bank of Amerika”-nın qarşısındakı bağı tutublar. Bundan başqa şəhərin bir necə bank və korporasiyaların qərargahları qarşısında piket keçiriblər. «Uoll Striti zəbt et» hərəkatının üzvləri həmkarlar ittifaqları ilə birləşərək Uoll strit ilə yürüş keçirməyi, tunel və körpüləri bağlamağı planlaşdırırlar.

Onlar Nyu-York, San-Fransisko və digər şəhərlərdə bütün əmək fəaliyyətini, dərsləri, ticarəti, bank əməliyyatlarını dayandırmağa çağırıblar.

Xatırladaq ki, «Uoll Striti zəbt et» hərəkatı etiraz aksiyalarını Nyu-Yorkda sentyabrın 17-dən keçirməyə başlayıb. Sonradan yürüşlər ABŞ-ın və dünyanın müxtəlif şəhərlərində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR