Bank Of Baku

ABŞ “Taliban”a qarşı sanksiyaların ləğvi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib

ABŞ “Taliban”a qarşı sanksiyaların ləğvi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib
# 03 mart 2020 16:49 (UTC +04:00)

ABŞ “Taliban”a qarşı sanksiyaların ləğv edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına müraciət edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin ikinci departamentinin rəhbəri Zamir Kabulov bildirib.

O qeyd edib ki, Moskva və Vaşinqton BMT Təhlükəsizlik Şurasında “Taliban”a qarşı beynəlxalq sanksiyaların ləğv edilməsi ilə bağlı məsləhətləşmələr aparırlar.

Qeyd edək ki, fevralın 29-da ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və "Taliban" liderinin müavini, Qətərin siyasi nümayəndəliyinin rəhbəri Abdullah Qəni Baradar ABŞ və "Taliban" arasında sülh sazişini imzalayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR