Üç milyon manat mənimsəməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam edir

Üç milyon manat mənimsəməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam edir
# 07 oktyabr 2015 12:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirli bilinən Araz Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə şahid qismində hüquqşünas Rasim Orucov ifadə verib. O bildirib ki, 2013-cü ildən Eldəniz Axundovla işləməyə başlayıb. Şahid Araz Eyvazovun Eldəniz Axundovdan 1 milyon manatdan çox pul aldığından məlumatı olduğunu söyləyib.

Daha sonra prosesdə digər şahidlər ifadə verib. Məhkəmə prosesi oktyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, "Şərur" Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar.

A. Eyvazov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə əsasən ittiham olunur. O, ümimilikdə 3 milyon manatdan çox pulu mənimsəməkdə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR