Əflatun Amaşov: "Jurnalistlər üçün yeni binanın tikintisinin bu ilin sonuna kimi başa çatması planlaşdırılır"

Əflatun Amaşov: "Jurnalistlər üçün yeni binanın tikintisinin bu ilin sonuna kimi başa çatması planlaşdırılır"
# 25 may 2016 11:45 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan mətbuatının 141 illiyi ərəfəsində jurnalistlərə ev verilməyəcək.

Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, jurnalistlər üçün yeni binanın tikintisi davam edir: "Tikintinin bu ilin sonuna kimi başa çatması planlaşdırılır. Mənzillərin jurnalsitlərə paylanması məsələsinə bundan sonra baxılacaq".

Qeyd edək ki, artıq bir bina tikilərək mətbuat nümayəndələrinə paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR