Çempionlar Liqasında daha iki 1/4 finalçının adına aydınlıq gəlib

Çempionlar Liqasında daha iki 1/4 finalçının adına aydınlıq gəlib
# 16 mart 2016 02:22 (UTC +04:00)

Bakı-APA. Çempionlar Liqasında daha iki 1/4 finalçının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Atletiko” “PSV Eyndhoven”ni, “Mançester Siti” isə Kiyev “Dinamo”sunu qəbul edib.

Madrid təmsilçisi Hollandiyada qolsuz bərabərə qaldığı rəqibini bu dəfə “Visente Kalderon”da qonaq edib. Bu oyunda da normal vaxtda hesab açılmayıb. 30 dəqiqəlik əlavə vaxtda da qol olmayınca, 1/4 finala kimin adlayacağı penalti zərbələri ilə bəlli olub. Burda da qalibi müəyyən etmək üçün azarkeşlər xeyli gözləməli olublar. İlk 7 zərbəni hər iki komanda dəqiq yerinə yetirsə də, topa yaxınlaşan 8-ci PSV-li Narsinq dirəyi nişan alıb. "Atletiko"lu Xuanfran isə ələ düşən fürsətdən maksimum yararlanaraq, komandasını qalib edib. Beləliklə, bu seriyada daha dəqiq oynayan ispanlar növbəti mərhələyə adlayan tərəf olub.

Səfərdə 3 qollu qələbə qazanan “Mançester Siti” öz meydanında “Dinamo”ya revanş verməyib. Kiyevlilər 90 dəqiqə ərzində bir neçə şansdan istifadə edə bilməyib və İngiltərədən boynubükük dönüb.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

15 mart

“Atletiko” (İspaniya) – “PSV Eyndhoven” (Hollandiya) - 0:0 (əlavə vaxtda)

Oyunsonrası penalti seriyası: 8:7

Hakimlər: Mark Klattenburq, Simon Bek, Cek Kollin, Styuart Burt

Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Madrid, “Visente Kalderon” stadionu

İlk oyun - 0:0

“Mançester Siti” (İngiltərə) – “Dinamo” (Kiyev, Ukrayna) - 0:0

Hakimlər: Ovidiu Hateqan, Oktavian Şovre, Sebastyan George, Radu Ginquleç

Əlavə köməkçi hakimlər: Aleksandru Tudor, Sebastyan Koltesku (hamısı Rumıniya)

Mançester şəhər stadionu

İlk oyun - 3:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR