İstanbulda lift 24-cü mərtəbədən şaxtaya düşüb, 3 fəhlə ölüb

İstanbulda lift 24-cü mərtəbədən şaxtaya düşüb, 3 fəhlə ölüb
# 01 fevral 2016 14:31 (UTC +04:00)

Bakı-APA. İstanbulda tikintisi davam edən lüks binada faciə baş verib.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Baxçaşəhər məhəlləsində hazırda tikilməkdə olan çoxmərtəbəli binada yük daşınması üçün nəzərdə tutulan lift yerə çırpılıb. 24-cü mərtəbədən şaxtaya düşən liftin içərisində olan 3 fəhlə hadisə yerində ölüb. Hazırda fəhlələrin meyitlərinin uçqun altından çıxarılması davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR