SOCAR Supsa limanından xam neftin ixracını bir ildə 6% azaldıb

SOCAR Supsa limanından xam neftin ixracını bir ildə 6% azaldıb
# 01 dekabr 2015 14:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin noyabr ayında Supsa limanından 169 266 ton xam neft ixrac edib.

SOCAR-dan “APA-Economics”verilən məlumata görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 0,007% azdır.

Ümumilikdə, bu ilin yanvar-noyabr ayları ərzində Supsa limanından 2 mln. 541 min 398 ton xam neft ixrac edilib. Bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,97% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR