Ərdoğan: “Brüsseldə terror aktı törədən şəxs 2015-ci ildə Türkiyədən deportasiya edilib”

Ərdoğan: “Brüsseldə terror aktı törədən şəxs 2015-ci ildə Türkiyədən deportasiya edilib”
# 23 mart 2016 18:10 (UTC +04:00)

Bakı-APA. Brüsseldə terror aktı törətməkdə şübhəli bilinənlərdən biri 2015-ci ildə Türkiyədən deportasiya edilib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Brüsseldəki terrorçulardan biri 2015-ci ildə Qaziantepdə saxlanılıb, iyulun 14-də ona qarşı deportasiya proseduru başlanılmışdı. Bununla əlaqədar biz Belçika səfirliyini məlumatlandırmışdıq, həmin şəxsin terrorçu olduğu barədə xəbərdarlıq etmişdik. Buna baxmayaraq belçikalılar həmin şəxsi sərbəst buraxıblar və onun öz istəyi ilə Niderlanda göndəriblər”, deyə Ərdoğan bildirib.

Martın 22-də Brüsseldə ard-arda bir neçə terror aktı baş verib. “Zaventem” beynəlxalq hava limanında və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 250 nəfər yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR