Azərbaycan və Rusiyanın əsas memarlıq incilərinin əks olunduğu markalar buraxılıb

Azərbaycan və Rusiyanın əsas memarlıq incilərinin əks olunduğu markalar buraxılıb
# 21 sentyabr 2015 07:38 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti Azərbaycan və Rusiyanın birgə buraxılışı olan iki yeni poçt markası nəşr etdirib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, markalar müasir memarlıq mövzusuna həsr edilib.

Markalardan birinin üzərində ön planda Qız qalası, arxa planda isə Alov qüllələri təsvir olunub.

Rusiyaya həsr edilən markanın üzərində isə ön planda Moskva Kreml, arxa planda Moskva-Siti kimi tanınan Moskva Beynəlxalq Biznes Mərkəzinin təsviri öz əksini tapıb.

Poçt markalarının dəyəri 0,6 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR