İranlı nazir müavini: “Azərbaycanla İran mədəniyyət sahəsində çoxlu müştərək layihə həyata keçirəcək”

İranlı nazir müavini: “Azərbaycanla İran mədəniyyət sahəsində çoxlu müştərək layihə həyata keçirəcək”
# 14 mart 2016 06:39 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. “Azərbaycan və İran mədəniyyət və incəsənət sahəsində çoxlu müştərək layihə həyata keçirəcək. Bu proqramlardan bəziləri hazırda icra olunmaqdadır”.

Bunu APA-nın İran bürosunun müxbirinə İranın İslami irşad və mədəniyyət nazirinin müavini Əli Muradxani deyib. O bildirib ki, Azərbaycan və İranın dərin və geniş mədəni və dini bağları mövcuddur: “Misal üçün musiqi sahəsində muğamın bütün dəsgahları müştərəkdir. Mədəniyyət sahəsində belə oxşarlıqlar çoxdur”.

Ə. Muradxani Azərbaycanın mərhum kamança ustası Habil Əliyevi xatırladıb, deyib ki, Azərbaycanın bu dəyərli incəsənət ustasının İrandakı proqramlarından gözəl xatirələr qalıb: “O, çox gözəl ifa edirdi. İranın musiqi ustaları ilə müştərək işlər görürdü. Bir müddət öncə də Arzu Əliyeva Fəcr Musiqi Festivalında gözəl Azərbaycan musiqisi ifa etdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR