“Unibank” neftçilər üçün komissiyasız nağd kredit təklif edir

“Unibank” neftçilər üçün komissiyasız nağd kredit təklif edir
# 18 sentyabr 2015 08:52 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Econmics. Neftçilərin peşə bayramı ərəfəsində, “Unibank” Azərbaycanın neft sahəsində çalışan bütün vətəndaşları üçün yeni kredit aksiyasına start verib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, kampaniya çərçivəsində 18 sentyabrdan etibarən neft sənayesi peşəkarları istənilən “Unibank” filialına komissiyasız nağd kredit üçün müraciət edə bilər.

Həm manat, həm də dollar kreditlərini əhatə edən bu xüsusi aksiya sentyabrın 24-dək davam edəcək.

“Unibank” hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud Facebook və Twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR