Nazir: “Heç kim deməsin ki, bizi canavarların qarşısını almağa qoymurlar”

Nazir: “Heç kim deməsin ki, bizi canavarların qarşısını almağa qoymurlar”
# 18 noyabr 2015 09:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Azərbaycanda tarixən vəhşi heyvanlar olub. Onlardan bəzisinin nəsli kəsilib, bəziləri isə qalıb”.

APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Nazir bildirib ki, Azərbaycanda canavarların olması yaxşı haldır: “Azərbaycanda heç kim məqsədli şəkildə canavarları insanların üstünə yeritmir. Olmayan ölkələr də onu məqsədli şəkildə gətirib ölkələrində yayırlar. Vaxtilə bizim ölkədə kəndlərdə 10 ev vardı, indi 500 ev var. İnsan torpaqları işğal edir. Öz mal-qarasını aparıb buraxır ki, otlasın. Bir tərəfdən canavarların təbii arealı daralır, təbii yem bazası azalır. Bu insanın yaratdığı problemdir. Başqa tərəfdən də qanun canavar hücum etdikdə ondan qorunmağı qadağan etmir. Heç kim deməsin ki, bizi canavarların qarşısını almağa qoymurlar. Əgər biz istəyiriksə Azərbaycanın dağları, meşələri qalsın, həyatımızı buna uyğun şəkildə qurmalıyıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR