Çinin Azərbaycanda investisiya layihələrinə ayırdığı məbləğ 300 milyon dollara çatıb

Çinin Azərbaycanda investisiya layihələrinə ayırdığı məbləğ 300 milyon dollara çatıb
# 24 fevral 2016 14:29 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ildə Çin Azərbaycanın ən böyük ticarət tərəfdaşları arasında ilk dəfə olaraq onluğa düşüb.

APA-Economics”in “Financial” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Azərbaycandakı səfirliyinin müşaviri Yuy Xunçi bildirib.

Onun sözlərinə görə, 2002-ci ildən Çin Azərbaycanda reallaşdırmağa başladığı investisiya layihələri üçün 300 mln. dollar həcmində vəsait ayırıb. Y. Xunçi əlavə edib ki, Çin Azərbaycanın qeyri-neft sektorunun inkişafı istiqamətində cəhdlərini dəstəkləyir.

“Hesab edirəm ki, Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi məntiqlidir. Hər iki ölkə arasında heyvandarlıq məhsullarının istehsalı və pambıqçılıq sahəsində əməkdaşlıqla bağlı perspektivlər var. Buna baxmayaraq, Çinin Azərbaycanla əməkdaşlığının əsas istiqamətləri energetika sənayesi, xüsusilə də alternativ mənbələr, turizm və kənd təsərrüfatıdır”, - deyə müşavir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR