Bakıda qadına hədə-qorxu gələn şəxslərdən narkotik və silah götürülüb

Bakıda qadına hədə-qorxu gələn şəxslərdən narkotik  və silah götürülüb
# 31 mart 2016 10:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda qadına hədə-qorxu gələn şəxslərdən narkotik vasitə və silah götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də Bakı şəhər sakini Ləman Heydərovaya hədə-qorxu gəlib 200 manatını almış həmyerliləri, əvvəllər məhkum olunmuş Pərvin Osmanov, Elvin Tağıyev və Rəhman Abbasov tutulub. P.Osmanovdan 1,62 qram tiryək, E.Tağıyevdən isə 6,3 qram marixuana götürülüb. P.Osmanovun evinə baxış zamanı 2,291 qram tiryək, nömrəsi silinmiş və qundağı kəsilmiş “TOZ-63” markalı tüfəng, E.Tağıyevin evinə baxış zamanı isə 30,2 qram marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR