İran prezidentinin gələn ay Azərbaycana səfəri gözlənilir - RƏSMİ

İran prezidentinin gələn ay Azərbaycana səfəri gözlənilir - <span style="color: red;">RƏSMİ
# 05 iyul 2016 09:41 (UTC +04:00)

Bakı - APA. İran prezidenti Həsən Ruhaninin gələn ay Azərbaycana səfəri gözlənilir.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevlə İran İslam Respublikasının prezidenti Həsən Ruhani arasında iyulun 5-də baş tutan telefon söhbətində bildirilib.

Prezident İlham Əliyev İran prezidentinin gələn ay Azərbaycana gözlənilən səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etməsi işinə təkan verəcəyinə ümidvar olduğunu qeyd edib.

Azərbaycan və İran prezidentləri ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR