Azərbaycanda spirtli içkilərin və tütün məmulatlarının nağd pulla satışına qoyulan qadağa müvəqqəti aradan qaldırılıb

Azərbaycanda spirtli içkilərin və tütün məmulatlarının nağd pulla satışına qoyulan qadağa müvəqqəti aradan qaldırılıb
# 12 yanvar 2016 14:31 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda spirtli içkilərin və tütün məmulatlarının nağd pulla satışına qoyulan qadağa müvəqqəti aradan qaldırılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov AZTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu gündən aksizli malların nağd qaydada satışı üçün heç bir problem olmayacaq: “Azərbaycanda bu gün bu işləri həyata keçirmək üçün kifayət qədər POS-terminal var. Yəni, ticarət, ictimai iaşə müəssisələrində 86 mindən artıq POS-terminal quraşdırılıb və ehtiyac olarsa, əlavə yeni POS-terminalların quraşdırılması üçün hər cür imkanlarımız var. Amma sadəcə olaraq insanlar buna alışmalıdırlar. Kartlar da var. Bu gün Azərbaycanda 6 milyondan çox ödəniş kartı mövcuddur. Sadəcə insanlar özlərui buna hazır olmalıdırlar və bu məsələni geniş təbliğ etməyə ehtiyac var. O ki qaldı spirtli içkilərin nağdsız ödənilməsinə burada prinsip etibarı ilə ciddi bir sual, ciddi bir problem yoxdur. Sadəcə olaraq sənədləşmə ilə bağlı məsələlər var. Bizdə olan məlumata görə, həm bizə, həm Prezident Administrasiyasına, həm Nazirlər Kabinetinə, ölkə başçısına çoxsaylı müraciətlər olunur ki, bu sənədləşmə işlərinin başa çatdırılmas; w,wn müəyyən zaman tələb olunur. Və bütün bunları nəzərə alaraq cənab prezident həmişəki kimi yenə sahibkarlığın inkişafına öz dəstəyini göstərir və tapşırıq verilib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın. Yəni, hazırlıq işləri tam başa çatandan sonra yəqin ki, bununla bağlı ayrıca qərar veriləcək”.

Nazir müavini əlavə edib ki, qaydaların tətbiqinin dayandırılması həs istehsalçılar, həm də pərakəndə və topdan satışla məşğul olan ticarətçilərə sənədləşdirmə işlərini başa çatdırmağa imkan verəcək: “ Çünki, bunlarda xeyli miqdarda mal qalığı var, bunlar sənədləşməyib. Sənədləşmə məsələləri həllini tapmalıdır. Eyni zamanda, mağazalarda, başqa obyektlərdə bu spirtli içkilərin həm nağd qaydada, sərbəst şəkildə, həm də nağdsız qaydada alınması seçimi alıcılardan asılıdır. Alıcılar hansı qaydada istəsələr, satıcılar buna hazırdırlar”.

Qeyd edək ki, 2016-cı ilin yanvarın 1-dən etibarən “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” qüvvəyə minib. Bu qaydalara əsasən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.

Onu da qeyd edək ki, qaydalar qüvvəyə minəndən sonra yerlərdə əhalinin kifayət qədər plastik kartlarının olmaması vətəndaşların və sahibkarların narazılığına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR