Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Apelyasiya Şurası yaradılıb

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Apelyasiya Şurası yaradılıb
# 25 fevral 2016 10:32 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il fevralın 3-də imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında” Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Apelyasiya Şurası yaradılıb. “ASAN xidmət”in informasiya təminatı şöbəsindən APA-ya verilən məlumata görə, Dövlət Agentliyinin sədr müavininin rəhbərlik etdiyi Apelyasiya Şurasının tərkibinə Agentliyin və onun tabeliyindəki “ASAN xidmət”in vəzifəli şəxsləri daxildir.

Qeyd olunub ki, Şuranın yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin Dövlət Agentliyinə daxil olan təkrar şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR