Azərbaycanda iki mindən çox məktəb vahid təhsil İnternet şəbəkəsinə qoşulub

Azərbaycanda iki mindən çox məktəb vahid təhsil İnternet şəbəkəsinə qoşulub
# 07 aprel 2016 11:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyinin vahid təhsil İnternet şəbəkəsi mövcuddur və 2 mindən çox məktəb bu şəbəkənin tərkib hissəsidir.

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, İKT-nin məktəblərdə tətbiqi geniş bir məfhumdur. Onun sözlərinə görə, Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqi ilə bağlı işlər hər il davam etdirilir.

Son illər ərzində təhsilin məzmunu sahəsində çox böyük işlərin görüldüyünü deyən C.Bayramov əlavə edib ki, 2014-cü ilin sentyabr ayından başlayaraq Təhsil Nazirliyi dərsliklərin yerləşdirilməsi üçün platforma hazırlayıb: “Tədricən dərsliklər elektronlaşdırılaraq həmin platformada yerləşdirilib. Qısa müddətdə Azərbaycanda istifadə olunan bütün dərsliklər bu portalda yerləşdiriləcək. Qısa müddətdə fəaliyyətdə olmasına baxmayaraq artıq həmin platformanın qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 70 min nəfərə yaxındır. Ziyarətçilərin sayı isə 7 min 700 mini keçib. Həmin ziyarətçilərin öz elektron resurslarından istifadə sayı 332 mindən artıqdır. Bu o deməkdir ki, platformaya böyük maraq var. Digər elektron resursların yaradılması işləri də aparılır ki, nəticədə dərsliyə əlavə tədris resurslarının yaradılması istiqamətində çoxsaylı resurslar təqdim edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR