Bank Of Baku

ABŞ-da F-16 qırıcısı qəzaya uğrayıb

ABŞ-da F-16 qırıcısı qəzaya uğrayıb
# 18 sentyabr 2026 01:29 (UTC +04:00)

ABŞ-ın Miçiqan ştatının Qrand-Travers dairəsində F-16 qırıcısı qəzaya uğrayıb.

Bu barədə CBS News yerli fövqəladə hallar idarəsinə və hərbi rəsmilərə istinadən məlumat yayıb.

Texas Milli Qvardiyasının nümayəndəsi pilotun təyyarə yerə düşməzdən əvvəl katapult etdiyini təsdiqləyib. Pilotun vəziyyətinin stabil olduğu və ona tibbi yardım göstərildiyi bildirilib.

Miçiqan ştat polisinin məlumatına görə, hadisə nəticəsində başqa xəsarət alan olmayıb. Təyyarə planlı təlim uçuşu həyata keçirərkən “County Road 633” və “Blair Townhall Road” yollarının kəsişməsi yaxınlığında qəzaya uğrayıb.

Hadisə yerinin bir mil (təxminən 1,61 km) radiusunda təhlükəsizlik tədbirləri görülüb, “County Road 633” yolunun bir hissəsində hərəkət dayandırılıb. Əraziyə xilasedicilər cəlb olunub.

Yaxınlıqdakı Bler qəsəbəsinin rəhbəri Nikol Blonşayn ilkin məlumata əsasən, qəza nəticəsində yaşayış evlərinə ziyan dəymədiyini bildirib.

Qəzanın səbəbi hələlik açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR