Bank Of Baku

ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib

ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
# 27 dekabr 2025 03:12 (UTC +04:00)

26 dekabr tarixində ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib.

APA xəbər verir ki, bu barədə “Bloomberg” ixtisaslaşmış “FlightAware” portalına istinadən məlumat verib.

Məlumatına görə, Nyu-York şəhərində yerləşən Con Kennedi Beynəlxalq Hava Limanı, LaQuardia Hava Limanı və Nyuark Hava Limanı fasilələrdən ciddi şəkildə təsirlənib. Bu ərazilərdə 23 sm-ə qədər qar yağacağı gözlənilirdi.

Həmçinin 19 mindən çox uçuşun təxirə salındığı bildirilir. Boston, Detroyt və Filadelfiya hava limanlarında da gecikmələr və ləğvlər müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR