Bank Of Baku

ABŞ humanitar yardımlara əlavə 1,8 milyard dollar ayıracaq

ABŞ humanitar yardımlara əlavə 1,8 milyard dollar ayıracaq
# 15 may 2026 02:18 (UTC +04:00)

ABŞ humanitar yardım və BMT sistemində islahatların dəstəklənməsi üçün əlavə 1,8 milyard dollar vəsait ayıracaq.

APA xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib.

Onun sözlərinə görə, vəsait dünyanın müxtəlif bölgələrində humanitar yardımın genişləndirilməsinə və BMT-də həyata keçirilən islahatların dəstəklənməsinə yönəldiləcək.

Mayk Uolts qeyd edib ki, 2025-ci ilin dekabrında ABŞ və BMT arasında humanitar sistemin islahatı üçün 2 milyard dollarlıq memorandum imzalanıb. Onun sözlərinə görə, bu əməkdaşlıq nəticəsində resurslardan daha səmərəli istifadə olunub və təkrarlanan fəaliyyətlər azaldılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR