“Azərbaycanın enerji resurslarının Avropa ölkələri üçün önəmlidir”.
APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova jurnalistlərə açıqlamasında bildirib.
“Prezidentiniz İlham Əliyev də bu dəfə toplantının iştirakçıları arasındadır. Bu, nə deməkdir? Aydındır ki, Azərbaycanın təbii qaz ehtiyatlarına malik olması da bu baxımdan çox əhəmiyyətlidir. Bu gün plenar iclas zamanı Avropa İttifaqı siyasətçilərinin Avrasiyaya və Asiyaya doğru necə fəal şəkildə yönəldiklərini eşitdik. Həqiqətən də, böhran, xüsusilə də dəhşətli enerji böhranı dövründə bütün yollar enerji istehsalçısı kimi tanınan ölkələrə aparır”, - deyə o, qeyd edib.