Bank Of Baku

Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz

Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
# 12 noyabr 2026 20:22 (UTC +04:00)

“Azərbaycan heç bir planın kənarında qala bilməz”.

APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova jurnalistlərə açıqlamasında bildirib.

“2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısına ev sahibliyi edəcəyi Azərbaycanın sabitliyin təmin olunmasında ciddi amil kimi qəbul edildiyini göstərir. Azərbaycan bu gün burada təmsil olunursa və növbəti görüş Azərbaycanda keçiriləcəksə, deməli, belə bir nəticəyə gəlmək olar ki, Avropa İttifaqı əlaqələrini Avrasiyaya və Asiyaya doğru genişləndirir. Həqiqətən də, Azərbaycan heç bir planın kənarında qala bilməz”, - deyə o, qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR