Bank Of Baku

ABŞ-ın Baş prokuroru: Nikolas Maduroya narkoterrorizm ittihamı irəli sürülüb

ABŞ-ın Baş prokuroru Pamela Bondi

© APA | ABŞ-ın Baş prokuroru Pamela Bondi

# 03 yanvar 2026 16:50 (UTC +04:00)

Venesuela Prezidenti Nikolas Maduroya qarşı narkoterrorizm, kokain idxalı və silah saxlanması ittihamları irəli sürülüb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Baş prokuroru Pamela Bondi "X" sosial şəbəkəsində yazıb.

Baş prokurorun sözlərinə görə, Nikolas Maduro və onun arvadı Siliya Flores Nyu-York ştatının Cənub bölgəsində ittiham olunublar.

“Yaxın vaxtlarda onlar ABŞ hüquq-mühafizə orqanlarının tam sərtliyi ilə, ABŞ ərazisində və ABŞ məhkəmələrində üzləşəcəklər”, - o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR