Bank Of Baku

ABŞ Konqresi milyarder Cared Ayzekmanı NASA rəhbəri vəzifəsinə təsdiqləyib

Amerikalı milyarder Cared Ayzekman

© APA | Amerikalı milyarder Cared Ayzekman

# 17 dekabr 2025 23:57 (UTC +04:00)

ABŞ Konqresinin Senatı milyarder Cared Ayzekmanın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.

APA xəbər verir ki, səsvermə C-SPAN telekanalı vasitəsilə yayımlanıb.

Səsvermə zamanı 67 senator Ayzekmanın namizədliyinin lehinə, 30 senator isə əleyhinə səs verib.

Bununla da namizədlik təsdiqlənmiş hesab olunub.

Yaxın vaxtlarda Cared Ayzekmanın NASA-nın yeni rəhbəri kimi rəsmi and içəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR