ABŞ-ın müharibə naziri Pit Heqset əvvəlcədən planlaşdırılan İsrail səfərini ləğv edib.
APA xəbər verir ki, bu barədə "Ynetnews" məlumat yayıb.
Məlumata görə, Heqset hazırda ABŞ Prezidenti Donald Trump ilə birlikdə Türkiyədə keçirilən NATO sammitində iştirak edir.
Bildirilib ki, ilkin proqramda ABŞ müdafiə nazirinin İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin müdafiə naziri İsrael Kats ilə görüşü nəzərdə tutulurdu.
Səfərin ləğv edilməsinin səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib.