ABŞ Prezidenti Donald Tramp xarici dövlətlərin, o cümlədən İsrailin ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışdığı barədə fikirlə razıdır.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi brifinqdə bildirib.
Livitt vitse-prezident Cey Di Vensin bu mövzuda səsləndirdiyi fikirləri şərh edərkən deyib ki, Tramp xarici dövlətlərin ABŞ-da ictimai rəyə təsir göstərmək cəhdlərinin mövcud olduğunu qəbul edir.
“Düşünürəm ki, prezident xarici dövlətlərin ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışdığı fikri ilə tam razılaşar. Buna heç bir şübhə yoxdur, bu, əsas faktdır”, – deyə Ağ Evin sözçüsü vurğulayıb.