ABŞ Prezidenti Donald Tramp bir neçə saat ərzində milli təhlükəsizlik üzrə komanda üzvləri ilə toplantı keçirəcək. Görüşdə müzakirə olunacaq məsələlər arasında Venesuela ətrafında yaranmış vəziyyət də var. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit jurnalistlərə keçirdiyi brifinqdə bildirib.
“Şəffaflıq naminə təsdiq edirəm ki, prezident milli təhlükəsizlik komandası ilə bu məsələni və digər bir çox məsələləri müzakirə etmək üçün görüş keçirəcək. O, baş komandir kimi milli təhlükəsizlik komandası ilə mütəmadi olaraq görüşür”, – Levit qeyd edib.