Şəkidə 54 yaşlı qadın xəsarət alıb

Şəkidə 54 yaşlı qadın xəsarət alıb
# 10 avqust 2017 08:21 (UTC +04:00)

Şəkidə günəbaxan yığan 54 yaşlı qadın xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, rayonun Şəki kənd sakini, 1963-cü il təvəllüdlü Ağca Əhməd qızı Bağırova qarının kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

54 yaşlı qadının yaşadığı kənddə günəbaxan yığan zaman ehtiyatsızlıqdan yıxıldığı, bu zaman əlində olan bıçağın qarın nahiyəsinə batdığı bildirilir. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ağca Bağırovanın üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR