AMEA-da Kərim Kərimovun 100 illik yubileyi qeyd olunub

AMEA-da Kərim Kərimovun 100 illik yubileyi qeyd olunub
# 16 noyabr 2017 09:29 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) AMEA-nın fəxri üzvü, general - leytenant Kərim Kərimovun yubileyinə həsr edilmiş tədbir keçirilib.

APA-nın xəbərinə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, görkəmli alim K. Kərimovun anadan olmasının 100 ili tamam olur.

AMEA prezidenti qeyd edib ki, K. Kərimovun kosmik proqramların gerçəkləşdirilməsi, kosmik aparatların yaradılması, kosmonavtikanın inkişafında müstəsna xidmətləri olub.

Tədbirdə iştirak edən rusiyalı kosmonavt Oleq Kotov "Rusiyanın pilotlaşdırılmış kosmonavtikasının inkişafı üçün perspektiv proqram" mövzusunda təqdimatla çıxış edib. O. Kotov pilotlaşdırılmış kosmik aparatların köməyi ilə kosmik məkanın tədqiqi və öyrənilməsi sahəsində Rusiyanın təcrübəsindən danışıb.

Yubiley mərasimində "Azərkosmos" ASC-nin İdarə Heyətinin sədri Rəşad Nəbiyev, fizik Roald Saqdeyev və başqaları çıxış ediblər.

Sonda K. Kərimovun xatirəsinə həsr olunan "Yüksəliş" sənədli filmi nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR