Vergi borcunu ödəməyən şirkətlərdən birinin yük avtomobili hərraca çıxarılıb

Vergi borcunu ödəməyən şirkətlərdən birinin yük avtomobili hərraca çıxarılıb
# 25 iyul 2018 07:45 (UTC +04:00)

Vergilər Nazirliyi vergi borcuna görə Göygöl rayonunda vergi ödəyicisinə məxsus yük avtomobilini hərraca çıxarıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vergi ödəyicisi "Xanlar Avtonəqliyyat" ATSC-yə məxsus "Kamaz 5511" markalı yük avtomobilinə 3000 manat qiymət qoyulub.

Bu əmlak ikinci dəfə hərraca çıxarıldığından qiyməti 10% aşağı salınaraq 2400 manata təklif edilir. Hərracda iştirak etmək istəyənlər əmlaka görə müvafiq olaraq 240 manat beh verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR