İordaniya və BƏƏ vətəndaşlarının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

İordaniya və BƏƏ vətəndaşlarının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb
# 26 yanvar 2018 11:29 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Bakı-Qazax-Gürcüstan yolunda baş verib. E. Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomobil "Mercedess" markalı avtomobillə toqquşub. Nəticədə E. Məmmədovun maşınında olan İordaniya Krallığının bir vətəndaşı, Birləşmiş Ərəb Əmirliyinin bir vətəndaşı ölüb, bir azərbaycanlı isə xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR