Bank Of Baku

BMT Baş katibi supergüclərin nüvəsizləşdirmə təkliflərini dəstəkləməyə hazırdır

BMT Baş katibi Antonio Quterreş

© APA | BMT Baş katibi Antonio Quterreş

# 16 noyabr 2026 12:08 (UTC +04:00)

Rusiya, Çin və ABŞ arasında keçiriləcək üçtərəfli sammitdə nüvəsizləşdirmə ilə bağlı təkliflər edilsə, BMT bunu dəstəkləməyə hazırdır.

“Reuters”in xəbərinə görə, bunu BMT Baş katibi Antonio Quterreş deyib.

“Əgər nüvəsizləşdirmə proqramı olacaqsa, biz bu prosesdə tam iştirak etməyə və uğurla nəticələnməsinə töhfə verməyə hazırıq. Bu bizim görmək istədiyimiz bir mənzərədir. Amma, ora çatacağımızla bağlı hələlik, zəmanət yoxdur”, - Quterreş bildirib.

Qeyd edək ki, ABŞ, Rusiya və Çin liderləri noyabrın 19-da Çinin Şenjen çəhərində üçtərəfli şəkildə görüşəcək.

Onların görüşü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumu çərçivəsində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR