Kapital və kriptoaktivlər bazarları üzrə yeni tənzimləyici çərçivə yaradılacaq.
APA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayl Cabbarov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir deyib ki, kapitaltutumlu sənaye layihələri 10 il və daha uzun müddətə maliyyələşmə tələb edir: “Bu məqsədlə aidiyyəti qurumlar tərəfindən uzunmüddətli maliyyələşmə mexanizmlərinin yaradılması, milli valyutada uzunmüddətli yığımların təşviqi və nağdsız dövriyyənin genişləndirilməsi istiqamətində iş aparılır.
Burada qeyd edim ki, cari ildə vençur və kraudfandinq maliyyələşdirmə mexanizmləri üzrə qanunvericilik çərçivəsi formalaşdırılıb, habelə kapital və kriptoaktivlər bazarları üzrə də yeni tənzimləyici çərçivənin yaradılması istiqamətində tədbirlər görülür”.