Azərbaycanın xarici işlər naziri Özbəkistana gedir

Azərbaycanın xarici işlər naziri Özbəkistana gedir
# 14 oktyabr 2016 13:43 (UTC +04:00)

Bakı - APA. Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının 18-19 oktyabr 2016-cı ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Təhsil və Maarifçilik: Sülh və Yaradıcılığa doğru yol” mövzusu altında keçiriləcək 43-cü xarici işlər nazirləri şurasında iştirak edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İƏT xarici işlər nazirlərinin şurasında Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR