Bakıda "Şəhadət" sənədli filminin təqdimatı keçirilib

Bakıda "Şəhadət" sənədli filminin təqdimatı keçirilib
# 22 sentyabr 2017 10:18 (UTC +04:00)

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Şəhadət" sənədli filminin təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, DTX, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və əməkdaşları, Yeni Azərbaycan partiyasının fəal gəncləri və dini icma nümayəndələri iştirak ediblər.


Tədbirdə sənədli film nümayiş etdirilib.

"Şəhadət" sənədli filmi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Filmdə şəhid qəhrəmanlarla yanaşı, dini fanatizm və radikalizm təsirinə məruz qalaraq bir sıra xarici ölkələrdə ekstremist - terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs olunur. Bu iki müxtəlif amal uğrunda mübarizə aparmış Azərbaycan gənclərinə cəmiyyət, onların ailələri, yaxınları və dostları tərəfindən göstərilən fərqli münasibət diqqətə çatdırılır.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə olan, dini fanatizm, radikalizm və ekstremizm meyllərinə qarşı preventiv xarakter daşıyan filmin rejissoru və ssenari müəllifi Nadir Bədəlov, məsləhətçiləri Dövlət Komitəsinin sədr müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR