Sentyabr ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 21,9 min nəfər və ya 0,49% artıb.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən APA-ya verilən məlumata görə, 1 oktyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 4,54 mln. nəfər təşkil edib.