Bank Of Baku

Hörmüz boğazının açılmasına baxmayaraq, ABŞ İranın dəniz blokadasını davam etdirəcək

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 17 aprel 2026 17:44 (UTC +04:00)

İrana qarşı dəniz blokadası qüvvədə qalacaq.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

O qeyd edib ki, Hörmüz boğazı tamamilə açıqdır, ticarət və tam keçid üçün hazırdır.

Tramp bildirib ki, lakin bununla belə, İrana qarşı dəniz blokadası tam qüvvədə qalacaq.

“Bu, İranla razılaşmamız 100% tamamlana qədər davam edəcək. Bu proses çox cəld şəkildə irəliləməlidir. Maddələrin çoxu artıq razılaşdırılıb”, - Tramp vurğulayıb.

Xatırladaq ki, xarici işlər naziri Abbas Əraqçi İranın Hörmüz boğazınıdığını bildirib.

O qeyd edib ki, Livandakı atəşkəsə uyğun olaraq, bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi atəşkəs müddəti ərzində tam açıq elan olunur.

ABŞ Prezidenti Donald Tramp isə Hörmüz boğazını açdığı üçün İrana təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR