Bank Of Baku

KİV: ABŞ Ukraynaya dair yeni sülh təkliflərinə Kiyevin cavabını gözləyir

KİV: ABŞ Ukraynaya dair yeni sülh təkliflərinə Kiyevin cavabını gözləyir
# 20 noyabr 2025 00:19 (UTC +04:00)

Vaşinqton Ukrayna ilə bağlı hazırladığı yeni sülh planına dair Kiyevdən cavab gözləyir.

APA xəbər verir ki, bu barədə "Axios" portalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, indi proses Kiyevin mövqeyindən asılıdır:

“Top artıq Zelenskinin meydanındadır”, — deyə o bildirib.

Qeyd edilir ki, ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun Türkiyədə Volodimir Zelenski ilə görüşü təxirə salınıb.

Səbəb kimi Ukrayna tərəfinin Vaşinqtonla əvvəl əldə olunmuş razılaşmalardan geri çəkilməsi göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR