Bank Of Baku

KİV: ABŞ Zelenskinin sülh planını 27 noyabra qədər imzalamasını gözləyir

KİV: ABŞ Zelenskinin sülh planını  27 noyabra qədər imzalamasını gözləyir
# 21 noyabr 2025 03:08 (UTC +04:00)

Ukrayna hakimiyyəti hesab edir ki, ABŞ prezidenti Donald Trampın təzyiqi Kiyevi Rusiya ilə sülh planını mümkün qədər tez imzalamağa məcbur etmək istəyindən irəli gəlir.

APA xəbər verir ki, bu barədə “Financial Times” (FT) Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ rəsmiləri Vladimir Zelenskinin Rusiya ilə birgə hazırlanmış müqaviləni 27 noyabr tarixinə qədər imzalamasını gözləyirlər.

Qəzet vurğulayır ki, Tramp tərəfindən təsdiqlənən 28 bəndlik sülh planı Kiyevdən əhəmiyyətli güzəştləri əhatə edir.

Rəsmilər həmçinin bildiriblər ki, Ağ Ev ilin sonuna qədər Ukraynadakı münaqişəyə son qoymaq üçün aqressiv şəkildə çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR