Bank Of Baku

KİV: Ukrayna yeraltı sərvətlərlələ bağlı sazişi imzalamağa razıdır

KİV: Ukrayna yeraltı sərvətlərlələ bağlı sazişi imzalamağa razıdır
# 25 fevral 2025 23:31 (UTC +04:00)

Vaşinqton ən sərt tələblərindən geri çəkildikdən sonra Ukrayna və ABŞ yeraltı sərvətlərlə bağlı sazişin detalları barədə razılığa gəlib.

APA xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat verib.

Nəşrin məlumatına görə bu razılaşma Ukrayna rəsmilərinin ümid etdiyi kimi ABŞ ilə ilə münasibətləri yaxşılaşdıracaq və Vaşinqtonun uzunmüddətli təhlükəsizlik öhdəliklərinə yol açacaq.

“ABŞ 500 milyard dollarlıq iddiasından imtina etdikdən sonra Ukrayna rəsmiləri neft və qaz da daxil olmaqla mineral ehtiyatlarının birgə işlənməsinə dair sazişi imzalamağa hazırdırlar”, - məqalədə deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR